Kliniki Tibbi Mərkəzin peşəkar həkimlərinin müdaxiləsi olmasaydı, bu gün həyatda olmaya bilərdim - Pasiyent
06.10.2022 09:44

Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsində müalicə alan pasiyent Xəyalə Əhmədova Mərkəzlə bağlı təəssüratlarını bölüşüb. 

 

“Avqustun 26-da işdən çıxıb evə gedərkən maşın qəzasına düşdüm. Qəzadan sonra huşumu itirdim deyə heç nəyi xatırlamıram. Məni dərhal Kliniki Tibbi Mərkəzə gətiriblər. Üç gün Mərkəzin Reanimasiya şöbəsində qalmışam. Daha sonra məni Travmatologiya şöbəsinə köçürüblər. Əgər vaxtında Mərkəzin peşəkar həkimlərinin müdaxiləsi olmasaydı, bəlkə də bu gün həyatda olmaya bilərdim. Çünki bura gələndə çox miqdarda qan itirmişdim", - deyə pasiyent qeyd edib. 

 

X.Əhmədova sentyabrın 16-da Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub, ona qan köçürüblər.

 

Hazırda özünü yaxşı hiss etdiyini deyən pasiyent qeyd edinbb ki, burada olduğu müddətdə bütün tibb personalı, həkimlər ona xüsusi qayğı ilə yanaşıb: "Bütün əməliyyat xərclərimi icbari tibbi sığorta qarşılayıb. Yaradılmış bu şəraitə görə dövlətimizə və bu işləri görən hər kəsə təşəkkür edirəm”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub