Embrion və xərçəngin inkişafının eyni molekulyar mexanizmlə bağlı olduğu müəyyən edilib
05.10.2022 15:43

Alimlər embrionda genlərin ekspressiyasının mayalanmadan bir neçə gün sonra deyil, dərhal sonra başladığını müəyyən ediblər. Bu prosesin aktivləşdirilməsində xərçəng şişlərini inkişafını dəstəkləyən molekulyar mexanizmlər iştirak edir. Tədqiqatın nəticələri xərçəng əleyhinə preparatların yaradılması üçün yeni imkanlar açacaq.

 

Aztibb.az bu barədə naked.ru-ya istinadla xəbər verir.

 

Böyük Britaniyanın Bata və Kembric universitetlərinin tədqiqatçıları tərəfindən aparılmış tək hüceyrə RNK-sının sekvensi göstərib ki, insan embrionlarında genlərin ekspressiyası artıq bir hüceyrə mərhələsində başlayır.

 

Tədqiqatın nəticələri "Trends in Cell Biology" jurnalında dərc edilib.

 

Digər bir maraqlı kəşf ondan ibarətdir ki, embrionda yaranmış ilk genlər xərçənglə bağlı amillərin transkripsiyanı, o cümlədən protoonkogen MYC və MYCN zülallarını aktivləşdirir.

 

Xərçəngin yaranma üsulu hələ ki, elmə məlum deyil. Onun ilk diaqnozu qoyulduğu zaman xəstəlik artıq inkişaf etmiş olur.

 

Xərçəng şişinin inkişafına səbəb olan amillərin müəyyən edilməsi onkoloji xəstəliklərin diaqnostika və müalicəsinin yeni metodlarını hazırlamağa imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər