Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-kardioloqu Günay Hətəmova - Həkimlərimizi tanıyaq!
05.10.2022 15:30
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə səmimiyyəti və peşəkarlığı ilə seçilən Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim-kardioloqu Günay Hətəmovanı təqdim edirik.
 
Günay Hətəmova 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 2012-2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında kardioloq ixtisası üzrə rezidentura təhsili alıb. O, 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi fəaliyyət göstərir.
 
Həkim Mərkəzi Gömrük Hospitalında EKQ, Holter monitorinqi, fiziki yük sınağı (Stress test), exokardioqrafiya, transezofagial exo (TEE), stress exokardioqrafiya, pediatrik exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası, kardioversiya, ürək çatışmazlığı xəstələrinin müalicəsini və stasionar xəstələrin təqibini həyata keçirir. 
 
Günay həkim tibb elminin son nailiyyətlərini izləyən və dünya təcrübəsindən yararlanan yüksəkixtisaslı mütəxəssisdir. O, 2016-cı ildə Azərbaycan Kadiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən V Milli və I İnvaziv Kardioloqlarının konqresində, 2017-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VI Milli konqresində, həmin ildə Türk Dünyası Kardioloji Birliyinin Bahar simpoziumunda, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Eğitim Araştırma Xəstəxanasında İnvaziv kardiologiya üzrə ixtisaslaşma kursunda, 2019-cu ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli konqresində və digər elmi tədbirlərdə iştirak edib.
 
Günay Hətəmova Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür.
 
Qəbula yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
 
Həkim barədə daha ətraflı məlumatı buradan ala bilərsiniz.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub