Azərbaycan Tibb Universitetində kafedra və tədris hissə müdirləri ilə görüş keçirilib
24.09.2020 12:49
Məlum olduğu kimi, bu yaxınlarda Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq edib.
 
Bu qaydalara əsasən, Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi tərəfindən müvafiq addımlar atılıb, bir sıra işlər görülüb.
 
Aztibb.az xəbər verir ki, ATU-nun II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli Normal fiziologiya, Patoloji anatomiya, İnsan anatomiyası və tibbi terminologiya, Şüa diaqnostikası, Tibbi fizika, Patoloji fiziologiya kafedralarında olub, kafedra və tədris hissə müdirləri ilə görüşüb.
 
Görüşdə “onlayn” dərslərin keçirilməsinin vəziyyəti, mövcud çətinliklərin aradan qaldırılması, eyni zamanda, təkrar dinləmə götürmüş tələbələrin cədvəlləri müzakirə olunub. Həmçinin təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafənin təmin olunması, kafedra əməkdaşlarının qoruyucu vasitələrdən istifadəsi, fərdi təhlükəsizlik qaydalarına nəzarət həyata keçirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub