Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan qazilərə xüsusi qayğı ilə yanaşan -  Terapiya şöbəsinin porteri Lətifə Rəhimova
04.10.2022 15:50

Hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 37 nəfər şəhid ailəsi çalışır. Onlardan biri də Terapiya şöbəsinin porteri Lətifə Rəhimovadır. 

 

Aztibb.az xəbər verir ki, L.Rəhimova 1988-ci ildən Mingəçevir səhiyyəsinin əməkdaşıdır. Onun həyat yoldaşı Rəhimov Nadir Səfər oğlu 1-ci Qarabağ müharibəsində Vətənin müdafiəsi üçün könüllü olaraq cəbhəyə yollanmış və qəhrəmancasına düşmənlə mübarizəyə qatılmış və 1992-ci ildə Ağdərənin Çaylı kənd istiqamətində gedən döyüşlərdə şücayət göstərərək şəhid olmuşdur.

 

Həyat yoldaşının xatirəsini daim əziz tutan L.Rəhimova xəstəxanada çalışdığı müddət ərzində burada müalicə alan qazilərə, şəhid ana və atalarına xüsusi rəğbət bəsləmişdir. İşinin peşəkarı olmaqla yanaşı, xəstələrə göstərdiyi sevgi və qayğıya, diqqətə görə həmkarlarından hər zaman seçilmişdir. Xüsusilə şöbədə stasionar müalicə alan şəhid ailələrinə məhəbbətlə yanaşan Lətifə xanım sanki həyatı yarıda qalan can yoldaşına qulluq edir, illlərdir özünə bu cür təskinlik verir.

 

L.Rəhimova şəhid Nadir Rəhimovun yadigarı olan 2 övladını şərəflə böyüdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib