Tibb üzrə fəlsəfə doktoru Səbinə İbrahimova - “Həkimlərimizi tanıyaq!” rubrikası
04.10.2022 14:22
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan Mərkəzi Gömrük Hospitalının Tibbi Laboratoriyasının həkim-laborantı, t.ü.f.d. Səbinə İbrahimovanı təqdim edirik.
  
Səbinə İbrahimova 1997-ci ildə Bakı Dövlət Universitetinin Tibbi-biologiya fakültəsini bitirib. 2004-2017-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-mikrobioloq, 2017-2020-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində Molekulyar-biologiya laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2020-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-laborant kimi fəaliyyət göstərir.
 
Həkim-laborant Mərkəzi Gömrük Hospitalının Molekulyar mikrobiologiya sahəsində Real Zaman PZR modifikasiya üsulu vasitəsilə kəmiyyət və keyfiyyət nəticələri verən diaqnostik testlərin həyata keçirilməsi ilə məşğuldur. Bu prosedurların tətbiq sahəsi COVID-19 diaqnostikası, hepatitlərin (HBV, HCV və s.) mürəkkəb genotiplərinin müəyyənləşdirilməsi, hamiləliyin inkişafına təsir edən zooinfeksiyalardan toksoplazma, xlamidiya, sitomeqalovirus, herpes I və II, mikoplazma və virus və bakteriya etiologiyalı bir sıra başqa infeksiyaları PZR analizin köməyi ilə təyin edilməsidir.
 
Səbinə İbrahimova öz üzərində daim çalışan, tibb elminin son nailiyyətlərini izləyən və dünya təcrübəsindən yararlanan yüksəkixtisaslı mütəxəssisdir. Həkim 2016-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” adına, 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Laboratoriya şöbəsinin xidmətdə əldə etdiyi müvəffəqiyyət, qüsursuz xidmət və digər nailiyyətlərinə görə Fəxri fərmana layiq görülüb.
 
O,  2010-2012-ci illərdə Gürcüstanın paytaxtı Tbilisidə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) təşkilatçılığı ilə “Sahə Epidemiologiya və Laboratoriya” üzrə təlim kursu, 2014-cü ildə ABŞ-ın Montana ştatında TAMA-nın təşkilatçılığı ilə Rikketsiyalar üzrə Amerika alimlərin konfransında, 2017-ci ildə İspaniyanın Madrid şəhərində Avropa Biotəhlükəsizlik Assosiasiyasının təşkilatçılığı ilə Biotəhlükəsizlik üzrə konfransda, 2018-ci ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində TAMA-nın təşkilatçılığı ilə Xüsusi Təhlükəli İnfeksiyalarla bağlı konfransda, 2018-ci ildə Malayziyanın Kuala-Lumpur şəhərində Malayziya Tibbi Elmi Tədqiqat Universitetinin təşkilatçılığı ilə Virus infeksiyalarının laborator deteksiyası və identifikasiyası mövzusunda təlimdə, eləcəə də 2020-ci ildə Avstriyanın Vyana şəhərində ÜST-ün təşkilatçılığı ilə Avropa regionunun “Yüksək Təhlükəli Patogenlərin laborator diaqnostikası” mövzusunda iclasda, 2021-ci ildə ÜST-nin təşkilatçılığı ilə “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” mövzusunda konfransda və öz fəaliyyət sahəsi ilə bağlı müxtəlif təlimlərdə iştirak edib.
 
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib