Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclası keçirilib
24.09.2020 10:42
Heydər Əliyev Mərkəzində Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının iclası keçirilib.
 
Aztibb.az xəbər verir ki, iclasda Şuranın üzvləri, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in məsul əməkdaşları, QHT, KİV nümayəndələri iştirak edib.
 
Görüş zamanı İdarə heyətinin sədri Ramin Bayramlı və TƏBİB-in məsul əməkdaşları tərəfindən 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında imzalanmış sazişdən irəli gələn məsələlərlə bağlı geniş açıqlama verilib.
 
Təqdimat zamanı vaksinin hazırlanması üçün GAVI, CEPI və ÜST tərəfindən yaradılmış COVAX platformasının əsas məqsədi, SARS-CoV-2 virusuna qarşı hazırlanması nəzərdə tutulmuş vaksinlərin alınması istiqamətində həyata keçiriləcək mümkün variantlar, vaksinlərin növləri, eyni zamanda müqavilədən irəli gələn əsas şərtlər barədə geniş məlumat verilib.
 
Artıq ölkəmizin də arasında olduğu 50-dən artıq dövlətin vaksinlərin əldə edilməsi məqsədilə platformada iştirakı təsdiq edilib və bu istiqamətdə danışıqlar davam edir.
 
Tədbirdə Şura üzvlərindən Ziyad Səmədzadə çıxış edərək “Ölkə prezidenti İlham Əliyev və I Vitse Prezident Mehriban Əliyeva tərəfindən COVID-19-la mübarizə çərçivəsində görülən işləri yüksək qiymətləndirib, vaksinasiyanın insanların sağlamlığının qorunması baxımından əhəmiyyətli addım olduğunu vurğulayıb. Digər şura üzvləri - Səfiqə Məmmədova, Fərhad Bədəlbəyli, Gəray Gərayzadə Azərbaycan dövləti üçün əhalinin sağlamlığının əsas prioritet olduğunu və bugünkü tədbirin dünyada tüğyan edən bu bəladan daha az itkilərlə çıxacağımıza inam yaratdığını bildiriblər.
 
Sonra şura üzvlərinin səsverməsi keçirilib, nəzərdə tutulan məbləğin verilməsi təsdiq olunub. Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin sədri Sveta Rəfiyeva, Leykozlu uşaqlara dəstək İctimai Birliyinin sədri Emin Nəbili ,"İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva, "Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri Yazgül Abdıyeva , "Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva çıxış edərək fəaliyyətin şəffaf qurulmasının, vəsaitin xərclənmə istiqamətinin vətəndaş cəmiyyəti nümayəndələrinə və mətbuata açıqlanmasının əhəmiyyətli addım olduğunu vurğulayıblar.
  
Sonda QHT nümayəndələrinin və mətbuatın sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub