Azərbaycanda İİV-lə mübarizəyə dair təlim keçirilib
30.09.2022 14:08
Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının (CCM) və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə Azərbaycanda İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət, icra olunan tədbirlər və mövcud çətinliklərlə bağlı təlim keçirilib.
 
Aztibb.az xəbər verir ki, RQMM-in əməkdaşları tərəfindən keçirilən təlimə dövlət və özəl tibb müəssisələrinin rəhbərləri, güc strukturlarında, hüquq-mühafizə orqanlarında çalışan tibb mütəxəssisləri cəlb olunub.
 
Giriş sözü ilə çıxış edən RQMM-in direktoru Famil Məmmədov sağlamlıq üçün təhlükəli olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısının alınmasının, bu sahədə çalışan həkimlərin, eləcə də əhalinin sağlam və təhlükəsiz həyat tərzi barədə biliklərinin artırılmasının vacibliyini vurğulayaraq, hazırkı dövrdə Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib.
 
Tədbirdə RQMM-in direktor müavini Səbinə Babazadənin, Mərkəzin epidemioloji nəzarət və profilaktika şöbəsinin müdiri Səbuhi Əliyevin və digərlərinin məruzələri dinlənilib, məruzələr ətrafında geniş müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub