1-ci və 2-ci Qarabağ savaşlarının iştirakçısı olan ağ xalatlı qəhrəman - BƏHRUZ PAŞAYEV
30.09.2022 09:29

1-ci və 2-ci Qarabağ savaşlarının iştirakçısı olan qəhrəman həkim, ümumi cərrah Bəhruz Paşayev Xətai Tibb Mərkəzində fəaliyyət göstərir.  


Aztibb.az xəbər verir ki, o, hər iki müharibədə çoxlu sayda yaralı əsgər və zabiti şəfalı əlləri ilə əməliyyat edib, həyata qaytarıb.

 

Bəhruz Həbib oğlu Paşayev 1963-cü ildə anadan olub. 1968-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 1986-87-ci illərdə Kirov şəhərində cərrahiyyə ixtisası üzrə internatura keçdikdən sonra Kirov vilayətində əvvəlcə cərrah, sonra baş vəzifələrində çalışıb.

 

O, 1990-1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında ümumi cərrah işləyib. 1998-2005-ci illərdə Bakı şəhər Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.

 

2006-cı ildən Xətai Tibb Mərkəzində ümumi cərrah kimi vətəndaşların xidmətindədir. Həkimin bu sahədə 36 illik təcrübəsi var.  O, abdoninal, təcili torakal, ambulator əməliyyatları icra edir.

 

Ali dərəcəli cərrah olan Bəhruz Paşayev dəfələrlə ölkədaxilində və xaricdə təcrübə kurslarında, elmi konfranslarda iştirak edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub