Sumqayıt Tibb Mərkəzinin nəzdində qurulacaq Təlim və Simulyasiya Mərkəzində hazırlıq işlərinə başlanılıb
29.09.2022 14:41
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təcili tibbi yardımın və infeksiyanın qarşısının alınması, nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş layihə çərçivəsində Sumqayıt Tibb Mərkəzində görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, ÜST-nin mütəxəssisləri Halil İbrahim Durak və Hasan Odabaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanlı, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova və digər şəxslər mərkəzin qurulacağı ərazidə işlərin gedişi ilə tanış olublar.
 
Qeyd edək ki, USAID tərəfindən maliyyələşdirilən 3,35 milyon dollar dəyərində olan layihə ÜST-nin vasitəsilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Tibb Universitetinə dəstək göstərəcək.
 
Sözügedən “Azərbaycanda Təcili Tibbi Yardım və İnfeksiyaların Qarşısının alınması və Nəzarət Sistemlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində hər iki sistem üçün idarəetmə strukturları, milli strategiyalar, standartlar və prosedurlar dəstəklənəcək, Azərbaycan Tibb Universitetində, tibb kolleclərində və digər təhsil müəssisələrində müvafiq təhsil proqramları yaradılacaq.
 
Həmçinin yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə hər iki sahədə mövcud və potensial işçi qüvvəsinin bilikləri təkmilləşdiriləcək, Sumqayıtda təlim və simulyasiya mərkəzinin əsası qoyulacaq, milli infeksiyanın qarşısının alınması və nəzarət komitəsi, o cümlədən xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə ən yaxşı təcrübələri özündə birləşdirən milli istinad laboratoriyası yaradılacaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub