Akademik Rəfiqə Əliyevanın 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib  
29.09.2022 11:49

Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyi ilə bağlı “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı keçirilib.

 

Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri, professor, mərhumun qızı Sevinc Hacıyeva, Rəfiqə Əliyevanın qızı, dosent, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və digər rəsmi şəxslər iştirak ediblər.

 

Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

BDU-nun rektoru Elçin Babayev çıxışında bildirib ki, akademik Rəfiqə Əliyeva ölkədə kimya elminin inkişafına böyük töhfələr verib: "Eyni zamanda Azərbaycan kimya elmini dünyada şöhrətləndirib. Onun dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, fundamental monoqrafiyaları, uzun illərin gərgin zəhmətinin bəhrəsi kimi aldığı mühüm elmi nəticələr kimya elmi sahəsində ölkəmizin adının dünyada tanıdılmasında müstəsna rol oynayıb. Rəfiqə Əliyeva eyni zamanda onu tanıyanların yaddaşına vətənpərvər ziyalı, ölkənin ictimai həyatında fəal iştirak edən, cəsarətli mövqeyi, xeyirxahlıq missiyası ilə seçilən parlaq bir şəxsiyyət kimi həkk olunub. Akademik ziyalılığı, kübarlığı, müdrikliyi, xalqına və Vətəninə bağlılığı, dövlətinə sədaqəti ilə onu tanıyanların hər biri üçün bir insanlıq nümunəsidir”. Onun sözlərinə görə, Rəfiqə Əliyeva uzun illər ölkəmizdə kimya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb, onun rəhbərliyi ilə 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə edilib: "Akademik 2 monoqrafiya, 33 dərslik və dərs vəsaiti, 20 patent və 520-dən çox məqalənin müəllifidir. Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş 2 cildlik “Analitik kimyanın əsasları” və “Analitik kimyadan məsələ və suallar” kitabları məhz onun rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilib".

 

Mərhumun qızı Sevinc Hacıyeva çıxışında söyləyib ki, akademik Rəfiqə Əliyeva yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi hər zaman insanlara yaxşılıqlar edib: "Xeyirxah, nəcib əməllərin sahibi olub. Əsl Azərbaycan qadınına məxsus olan bu xarakterik xüsusiyyətlər onu gəncliyindən ömrünün sonuna kimi müşayiət edib. Bütün bu keyfiyyətlər, ilk növbədə, Rəfiqə Əliyevanın mənsub olduğu ailədən, soy-kökdən irəli gəlir. Anam haqqında keçmişdəki xatirələri danışmaq çətindir. Həmkarları tərəfindən böyük hörmət və nüfuz qazanmışdı. Anam hər zaman zəkaya inandığını bildirirdi. Kimya elmi ilə bağlı istedadlı gəncləri hər zaman ətrafına toplayırdı. Onun yetişdirdiyi insanlar bu gün ölkədə və xaricdə peşə sahibidirlər. Gözəl, nəcib, düz qamətli və xanım-xatın qadın idi. Hər zaman onun diqqəti və qayğısı ilə əhatə olunmuşduq. O, çox tələbkar ana idi. Bugünkü həyatımızı da məhz ona borcluyuq. Həyatın bütün mənəvi dəyərlərini bizə anamız öyrətmişdi. Fəxr edirəm ki, anamın yolunu davam etdirirəm".

 

Daha sonra türk dünyasının fəxri, dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin təbrik məktubu oxunub.

 

Digər çıxışçılar da mərhumla bağlı fikirlərini bölüşüblər.

 

Qeyd edək ki, konfransın təşkilində əsas məqsəd müasir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə, əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq və gənclərin elmə olan marağını artırmaqdır.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib