Şahin Bağırov Gömrük Hospitalında mövcud vəziyyətlə tanış olub
28.09.2022 20:25

Sentyabrın 28-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Mərkəzi Gömrük Hospitalında olub.

 

Hospitalın kollektivi ilə görüşən Şahin Bağırov tibb müəssisəsinin ölkəmizdə insan sağlamlığının qorunması, müalicəsi sahəsində əhəmiyyətli işlər gördüyünü, gömrük xidmətində çalışan heyətin tibbi müayinəsini peşəkarlıqla həyata keçirdiyini, eləcə də qısa zaman ərzində nümunəvi fəaliyyəti ilə seçildiyini bildirib.

 

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində aparılan islahatların bu sahənin sürətli inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb, Mərkəzi Gömrük Hospitalının da bu istiqamətdə inkişaf etdiyi vurğulayıb. Mərkəzi Gömrük Hospitalının pandemiya dövründə səmərəli fəaliyyəti və COVID-19 xəstələrinin müalicəsində tibbi personalın fədakar əməyi də yüksək qiymətləndirilib.

 

Şahin Bağırov gömrük sistemində həyata keçirilən işlərə uyğun olaraq Mərkəzi Gömrük Hospitalında xidmət səviyyəsinin daha da yüksəldilməsi, müasir müalicə texnologiyalarının öyrənilməsi və tətbiqi, kadrların potensialının gücləndirilməsi və toplanan təcrübənin bölüşülməsi ilə bağlı tövsiyələrini diqqətə çatdırıb.

 

Daha sonra hospitalın yeni inşa olunan korpuslarında aparılan tikinti işləri ilə tanış olan Şahin Bağırov müvafiq göstəriş və tapşırıqlarını verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub