Mərkəzi Gömrük Hospitalının uşaq nevropatoloqu Mehriban Məmmədova - Həkimlərimizi tanıyaq!
28.09.2022 15:55
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə balaca pasiyentlərlə xoş ünsiyyət quran, onlara qarşı mehriban, qayğıkeş münasibətilə seçilən uşaq nevropatoloqu Mehriban Məmmədovanı təqdim edirik.
 
Mehriban Məmmədova 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alı, 2001-2002-ci illərdə Uşaq Nevroloji Xəstəxanasında uşaq nevropatoloqu ixtisası üzrə internatura keçib.
 
O, əmək fəaliyyətinə 2004-cü ildə başlayıb, 2015-ci ilə qədər müxtəlif dövlət və özəl müəssisələrində uşaq nevropatoloqu kimi fəaliyyət göstərib. 2016-cı ildən Mərkəzi Gömrük Hospitalının Nevrologiya şöbəsində uşaq nevropatoloqu vəzifəsində çalışır.
 
Həkim Mərkəzi Gömrük Hospitalının Nevrologiya şöbəsində uşaqlarda sinir xəstəlikləri, baş beyin və onurğa beyin travmaları, epilepsiya, enurezlər, uşaq serebral iflicləri, sinir sisteminin funksional pozğunluqları: nevrozlar, periferik sinir sistemi xəstəlikləri, pleksid, uşaqlarda nitq ləngimələri, motor inkişafın ləngiməsi və digər xəstəliklərin müalicəsi ilə məşğuldur.
 
Mehriban Məmmədova öz üzərində daim çalışan, işlədiyi sahə üzrə bilik və bacarıqlarını təkmilləşdirmək üçün müntəzəm olaraq ixtisasartırma təlimlərində iştirak edən, dünya mətbuatında ixtisasına dair tibbin son nailiyyətlərini izləyən yüksəkixtisaslı mütəxəssisdir. O, 2010-cu ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Nevropatologiya” üzrə ümumi təkmilləşdirmə kursunda, 2016-cı ildə Bakıda Memorial Ankara Universitetinin təşkilatçılığı ilə “Uşaq sağlamlığı” mövzusunda təlimdə, 2017-ci ildə Türkiyə Nevroloji Cəmiyyətinin təşkilatçılığı ilə “Pediatriyada yeniliklər” simpoziumunda, 2018-ci ildə Azərbaycan Tibb Assossiasiyası və Türkiyə Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə “Pediatriyada yeniliklər” mövzusunda VIII simpoziumda, 2019-cu ildə Beynəlxalq Pediatriya Assosiasiyasının təşkilatçılığı ilə 17-ci UNPSTR Avrasiya konqresində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “İmmunpatoloji Xəstəliklər” adlı 1-ci Beynəlxalq konfransında və Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə “Ailə həkiminin fəaliyyətində Pediatriyanın aktual problemləri” mövzusunda elmi-praktiki konfransda, 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə “Pediatriyada aktual mövzular: Müasir tibbi yeniliklərin təcrübədə tətbiqi” beynəlxalq elmi konfransda iştirak edib.
 
Uşaq nevropatoloqu Mehriban Məmmədova barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub