Qubada yerləşən dövlət tibb müəssisələrinə media-tur təşkil olunub
28.09.2022 12:37

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə Quba rayonuna media-tur təşkil olunub.


Aztibb.az xəbər verir ki, səfər çərçivəsində media nümayəndələri Quba Rayon Mərkəzi Xəstəxanası, Quba Müalicə-Diaqnostika Mərkəzi və Quba Regional Perinatal Mərkəzdə olublar.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, müasir səhiyyə infrastrukturunun mövcudluğu və kadr təminatı icbari tibbi sığortanın uğurlu tətbiqini şərtləndirən əsas amillərdəndir:


“İcbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır".

 

H.İbrahimlinin sözlərinə görə, Quba rayonunda icbari tibbi sığorta tətbiq olunmağa başlayandan sonra müraciətlərin sayı kəskin çoxalıb:


“Əvvəlki illərlə müqayisədə müraciətlərin sayı bir neçə dəfə artıb. Məsələn, 2019-cu ildə ambulator tibbi xidmət üçün 44 810 müraciət daxil olmuşdusa, 2020-ci ildə müraciətlərin sayı 147 903-ə yüksəlib. Son 3 il ərzində xəstəxanaya 470 045 müraciət daxil olub. Müraciətlər üzrə 1 474 148 ambulator, 47 241 stasionar xidmət göstərilib. Son 3 il ərzində 14 211 cərrahi əməliyyat icra olunub”.


Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov qeyd edib ki, rayon ərazisində 4 Ailə Sağlamlıq Mərkəzi, 18 kənd həkim məntəqəsi və 92 kənd tibb məntəqəsi ilkin tibbi-sanitariya yardımı üzrə fəaliyyət göstərir.


Məlumat verilib ki, tibb müəssisəsi 20 şöbədən ibarətdir. Ümumilikdə 331 çarpayılıq xəstəxanada Radiologiya, Laboratoriya, Terapiya, Travmatologiya, Cərrahiyyə, Reanimasiya, Uşaq, Yoluxucu, Nevrologiya, Doğum, Hemodializ və digər şöbələr fəaliyyət göstərir. Ağır xəstələrə dərman maddələrinin uyğun dozada yeridilməsi üçün Reanimasiya şöbəsi infuzomatlarla təchiz edilib. Həmçinin şöbədə 15 ədəd süni tənəffüs aparatı quraşdırılıb.


Bildirilib ki, xəstəxana EMQ (Elektromioqrafiya), EKQ (Elektrokardioqramma), USM (Ultrasəs müayinəsi), Rentgenoskopiya, Kolonoskopiya, KT (Kompüter tomoqrafiyası) və göz müayinələri üçün lazımi avadanlıqlarla təchiz olunub. Xəstəxanada rayon və şimal bölgəsinin sakinlərinə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb.


Mərkəzin direktoru Şəhla Həsənova bildirib ki, şimal bölgəsinin yeganə üçüncü səviyyəli doğuşayardım müəssisəsində ağır hamiləlik patologiyası olan hamilələrə ixtisaslı yardım göstərilir:


“İcbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan bu günədək 7687 hamiləyə stasionar şəraitdə xidmət göstərilib. Bunlardan 75%-i risk qrupuna aid hamilələr olub. Qəbul olunan doğuş sayı isə 6863 olub. İcra olunan qeysəriyyə kəsiyi əməliyyatının sayı isə 2021 təşkil edib. Yenidoğulmuşların reanimasiya şöbəsində isə 1181 körpə müalicə alıb. Qeyd olunan müddət ərzində heç bir ana ölümü baş verməyib”.


Qeyd olunub ki, Mərkəz davamlı olaraq yeni avadanlıqlarla təchiz edilir ki, bu da tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Ş. Həsənova əlavə edib ki, ötən il Mərkəz yenidoğulmuşların təxliyyəsi üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobili ilə təmin olunub. İnkişaf qüsuru ilə doğulan və təcili cərrahi müdaxiləyə ehtiyacı olan körpələr Mərkəzin mütəxəssisləri tərəfindən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna təxliyyə olunurlar.

 

 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub