Peşəkar həkimlərimizi tanıyaq! - Uzman həkim Cavid Cabbarzadə
28.09.2022 20:23

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar həkimlərimizi tanıtmaqda davam edir. 

 

Rubrikada bu dəfə qulaq, burun, boğaz xəstəlikləri və baş, boyun cərrahiyyəsi uzmanı Cavid Cabbarzadə haqqında məlumatları təqdim edirik.

 

Cavid Cabbarzadə 1 iyul 1985-ci ildə Ağsu rayonunda anadan olub. 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2008-2009-cu illərdə 3 saylı Sumqayıt şəhər xəstəxanasında qulaq-burun-boğaz xəstəlikləri üzrə internatura keçib.

 

O, 2009-cu ildə Türkiyə Respublikasında keçirilən TUS (Tibdə Uzmanlıq Sınavı) imtahanında uzmanlıq proqramı çərçivəsində qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi ixtisası üzrə Hacettepe Universitetinə qəbul olub. 2014-cü ildə ixtisası tamamlayaraq qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı olub.

 

Həkimin ABŞ və Avropada çap olunan nüfuzlu elmi jurnallarda məqalələri dərc edilib.

 

O, 2018-ci ildə Azərbaycan səhiyyə tarixində ilk dəfə beynəlxalq rinoplastika konfransını - Baku Rhinoplasty Days təşkil edib.

 

2018-ci ildə Avropa Üz Plastik Cərrahiyyəsi Akademiyasının BOARD serifikatını qazanıb. Qeyd edək ki, Cavid Cabbarzadə bu sertifikatı əldə etmiş ilk azərbaycanlı cərrahdır.

 

Uzman həkim müxtəlif ölkələrdə keçirilmiş konfrans və simpoziumlarda rinoplastika (estetik burun cərrahiyyəsi) ilə əlaqədar çıxışlar edib, ölkəmizi layiqincə təmsil edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub