Mərkəzi Gömrük Hospitalında Anım Gününə həsr edilmiş tədbir keçirilib
27.09.2022 16:03
Mərkəzi Gömrük Hospitalında 27 sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, Elnurə Novruzova, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, baş həkimin müavinləri Rəna Qasımova, Bəxtiyar Musayev və Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva iştirak ediblər.
Aztibb.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.
Tədbirdə Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin torpaqlarımızın düşmən təcavüzündən azad edilməsi uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqdan, Zəfər tarixindən, Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaət və fədakarlığından danışıb. Ceyhun Məmmədov bildirib ki, Azərbaycan xalqı, şanlı ordumuz Prezident İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşərək 44 günlük müharibə dövründə 30 ilə yaxın bir müddət ərzində ermənilər tərəfindən işğal altında olan olunan 5 şəhər, 4 qəsəbə və 286 kəndi azad etmişdir.
Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov 44 günlük müharibə dövründə Azərbaycan gənclərinin könüllü olaraq müharibəyə getməyə can atması, müharibəyə böyük ruh yüksəkliyi və bayraqlarla getməsi, döyüş meydanında göstərdikləri qəhrəmanlıq, Mərkəzi Gömrük Hospitalının bütün tibb personalının müalicə alan yaralı zabit və əsgərlərə ən doğma insanı kimi tibbi xidmət göstərməsi barədə danışıb.
Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım 44 günlük müharibə dövründə hərbi qulluqçularla yanaşı, tibb işçilərinin də göstərdiyi böyük qəhrəmanlıq və şücaət barədə ətraflı məlumat verib. Rəis müavini Şahlar Mirqasım Vətən müharibəsi zamanı öz ailəsindən və yaxın ətrafından olan həkimlərin könüllü olaraq hərbi hospitallara gedərək yaralı əsgərlərimizə xidmət göstərdiyi haqqında danışıb.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Elnurə Novruzova 44 günlük Vətən müharbəsi dövründə Şanlı Ordumuzun əsgər və zabitlərinin qələbəyə olan inamından, Zəfərə gedən yolda göstərdikləri qəhrəmanlıqdan danışıb. Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova bildirib ki, 44 günlük Vətən müharibəsi müddətində Mərkəzi Gömrük Hospitalının müharibədə iştirak edən əməkdaşları, onların qəhrəmanlığı, eyni zamanda Hospitalın sosial səhifələrdə apardığı təbliğat işləri barədə danışıb.
Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev müharibə dövründə Türkiyənin Azərbaycana göstərdiyi dəstək barədə xüsusilə qeyd edib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev müharibə dövründə erməni işğalçıları tərəfindən törədilən təxribatlar barədə, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva müharibədə iştirak edən əsgər və zabitlərimizin şücaəti, cəsarəti, dözümlülüyü Vətənə olan sevgisindən danışıb.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

