MDB ölkələrinin Koordinasiya Şurasının iclası keçirilib
27.09.2022 10:55

Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ərazilərinin xüsusi təhlükəli yoluxucu xəstəliklərinin ölkəyə gətirilməsi və yayılmasından sanitar müdafiəsi problemləri üzrə Koordinasiya Şurasının XVI iclası keçirilib.

 

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

 

Aztibb.az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Koordinasiya Şurasının üzvləri ötən dövr ərzində görülmüş işlərə yekun vurub, 2023–2024-cü illər üçün plan qurub, fövqəladə vəziyyət zonasında birgə iş üçün əhalinin sanitar-epidemioloji salamatlığı və mütəxəssislər reyestrinin formalaşması sahəsində fövqəladə hallarla bağlı informasiya mübadiləsi məsələlərini müzakirə ediblər.

 

Bundan başqa, MDB ölkələrinin ekspertləri sanitar-epidemioloji xarakterli ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısının alınması və cavab tədbirlərinə dair əməkdaşlıq barədə Sazişin layihəsinin hazırlanmasının gedişi haqqında məlumata, bir sıra təşkilati məsələlərə baxıblar.

 

Koordinasiya Şurasının növbəti iclasının 2024-cü ilin payızında keçirilməsi qərara alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub