Dünya Ağciyər Gününə həsr olunan konfrans keçirilib
26.09.2022 19:01

Bu gün ATU-nun Tədris Terapevtik Klinikasında Dünya Ağciyər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Konfransa klinikanın həkimləri ilə yanaşı, digər klinikalardan olan mütəxəssislər də qatılıblar.

 

Tədbiri giriş nitqi ilə klinikanın direktoru, professor Surxay Musayev açıb.

  

Daha sonra klinikanın Pulmonologiya və allerqologiya şöbəsinin həkimi Günel Sadiqova "Post-COVID interstisial ağciyər xəstəliyi: Klinik, radioloji və biomarkerlərin analizi", Günay Əliyeva "Bronxial astma: Müalicədə yeniliklər", Emil Qasımov “Kəskin respirator distress sindrom: Bu konteksdə yeniliklər”, prof. Əlizamin Sadıqov “Qeyri-vərəm mikobakterial ağciyər xəstəliyi: diaqnostikada və müalicədə yeniliklər” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib