Kliniki Tibbi Mərkəzdə YENİ TƏYİNAT
26.09.2022 11:54

Amil Əliyev Kliniki Tibbi Mərkəzin Cərrahi reanimasiya şöbəsinin həkim-anestezioloq-reanimatoloq vəzifəsinə təyin olunub.

 

Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

 

Bildirilib ki, Amil Əliyev 12 may 1983-cü ildə Gədəbəy rayonunda anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2007-2008-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında reanimatologiya və anesteziologiya ixtisası üzrə internatura keçib.

O, 2008-2017-ci illərdə müxtəlif hərbi hissələrdə həkim olaraq çalışıb. 2017-2020-ci illərdə Gəncə Beynəlxalq Xəstəxanasında anestezioloq-reanimatoloq, daha sonra şöbə müdiri vəzifəsində çalışıb. 2020-ci ildən Zığ və Məhəmmədi Modul Tipli xəstəxanalarında Reanimasiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Gülxətmi çayının faydaları və yan təsirləri açıqlanıb