ÜST-nin Dəyərləndirmə Missiyası Azərbaycandakı işini tamamlayıb
26.09.2022 11:13

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 5 günlük ekspert missiyası Azərbaycandakı işini 57 səhiyyə işçisinin qatıldığı müzakirə ilə tamamlayıb.

 

Aztibb.az xəbər verir ki, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Tibb Universiteti, Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutu, Bakıda və bölgələrdə yerləşən tibb kollec və müəssisələrinin təmsilçilərinin, eyni zamanda, ÜST və UNICEF ekspertlərinin qatıldığı tədbirdə ölkənin səhiyyə ehtiyacları və onların effektiv həlli yolları müzakirə edilib.

 

Missiyanın ölkədəki görüşləri və səhiyyə müəssisələrindəki qiymətləndirmələri ilə yanaşı, müzakirənin nəticələri ÜST-nin Azərbaycanın səhiyyə sisteminin transformasiyası və gücləndirilməsi səylərini ən effektiv şəkildə necə dəstəkləməyə dair planlamasında əsas məlumat mənbəyi rolunu oynayacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib