Qobustanda vətəndaşların əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciətləri dinlənilib  
26.09.2022 09:23
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov tərəfindən Qobustan rayonunda vətəndaşqəbulu keçirilmişdir.
 
Aztibb.az xəbər verir ki, qəbul zamanı vətəndaşların əlilliyin qiymətləndirilməsi, işlə təmin edilmə, özünüməşğulluq və dövlət hesabına müalicə ilə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub. Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.
 
Agentliyin sədri daha sonra Qobustan rayonunun Sündü kəndində dəfn edilən şəhid Vadim Qocayev və atası Alik Qocayevin məzarlarını, eyni zamanda I Qarabağ müharibəsi və Vətən müharibəsi zamanı şəhid olan Sündü kənd sakinlərinin məzarlarını ziyarət edib.
 
Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı Vadim Qocayev 12 sentyabr 2022-ci il tarixində Ermənistan Silahlı Qüvvələrini tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Vadim Qocayev 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "İgidliyə görə" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib