Bu gün Beynəlxalq Əczaçı Günüdür
25.09.2022 09:25

Beynəlxalq  Əczaçı Günü 2009-cu ilin 25 sentyabr tarixində Beynəlxalq Əczaçılıq Federasiyası (International Pharmaceutical Federation) tərəfindən İstanbulda keçirilən Konqresdə təsis edilib. 

 

Xəstə hər hansı bir dərmanı əldə edənə kimi, onu bütün mərhələlərdə bir əczaçı müşayiət edir. Bu mütəxəssisin işi dərman vasitələrinin məsuliyyətli istifadəsinə zəmanət verməkdir.

 

Hər gün bütün dünyada farmasiya elminin və praktikasının minlərlə nümayəndəsi dərman vasitələrinin təhlükəsiz, effektiv və səmərəli istifadəsi məqsədilə xəstələrlə ünsiyyətdədir. Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Statistika onu göstərir ki, dərman vasitələrinin təhlükəsizliyi problemi artıq milli problem hüdudlarından çıxaraq qlobal problemə çevrilib.

 

Beynəlxalq Əczaçılıq Federasiyasının prezidentinin sözlərinə görə, əczaçı gününün qeyd edilməsi cəmiyyətdəki səhiyyə sistemində əczaçıların əhəmiyyətini anlamaq üçün yaxşı bir fürsətdir.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Gülxətmi çayının faydaları və yan təsirləri açıqlanıb