Çox çay içmək tip 2 diabet riskini azaldır - ŞİRNİYYATSIZ
24.09.2022 09:46

Mütəxəssislər tip 2 diabet olma riski ilə gündəlik çay qəbulu arasındakı əlaqəyə diqqət çəkiblər.

 

Aztibb.az xəbər verir ki, həkim-endokrinoloq Fərhad Burzu bu barədə paylaşım edib.

 

Həkim bildirib ki, Avropa Diabet Tədqiqatı Assosiasiyasının son ilki toplantısı zamanı mütəxəssislər çay içməyin tip 2 diabet olma riskini azaltdığını iddia ediblər.

 

İddialara görə, hər gün 4 stəkan və daha artıq çay içən insanlarda, xüsusilə yaşıl çay, oolong və ya qara çay içən insanlarda gündəlik çay içməyən insanlara nisbətən tip 2 diabet olma riski 17% azdır.

 

Çinin Elm və Texnologiya Universitetinin mütəxəssisi Xiaying Li öz müsahibəsində çayın tərkibindəki xüsusi komponentlərin (polifenollar) qanda qlükoza səviyyəsini azaltdığını bildirib.

 

2021-ci ildə Çin tərəfindən təşkil olunan, 19 ölkədə 1 milyondan çox insanın iştirak etdiyi Sağlamlıq və Qidalanma sorğusunun nəticələrinə əsasən gündəlik 1 stəkan çay içən insanların tip 2 diabet olma riski 1; 2-3 stəkan çay içənlərdə 0,96; 4 stəkan və daha çox çay içən insanlarda isə 0,84 olaraq qiymətləndirilib.

 

"Bu araşdırmada təbii ki, sadə çay qəbulundan söhbət gedir. Fərqli şirniyyat və qidalı maddələrlə bərabər istifadə olunaraq çay içilməsi bilavasitə qanda şəkər miqdarını artıracaqdır", - deyə F.Burzu bildirib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib