Tibb Universitetində aktiv tələbələrlə görüş keçirilib
21.09.2022 16:37

ATU-da fəal və istedadlı tələbələr üçün bir sıra təşkilatlar fəaliyyət göstərir.

 

Aztibb.az xəbər verir ki, sentyabrın 20-də Azərbaycan Tibb Universitetində hər il olduğu kimi, “Aktiv tələbələrlə görüş” adı altında ənənəvi məlumatlandırma sessiyası keçirilib. Toplantı iştirakçıları əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəylinin yeni tədris ilinin başlanması ilə əlaqədar təbriklərini çatdıran Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Qoşqar İsmayılov son illərdə universitetdə aparılan islahatlar barədə ətraflı məlumat verib. Qeyd edib ki, tələbələrlə ənənəvi olaraq hər il keçirilən bu görüşün məqsədi gələcək hədəf və vəzifələr barədə müzakirə açmaq, tədrislə bağlı çətinlikləri və təkliflərini öyrənib rəhbərliyə çatdırmaq, həmçinin müəyyən tövsiyələr verməkdən ibarətdir.

 

Q.İsmayılov dövlətimizin gənclərə göstərdiyi hərtərəfli qayğıdan, ATU-da tələbələr üçün yaradılan yüksək şəraitdən bəhs edərək diqqətə çatdırıb ki, universitetdə fəal və istedadlı tələbələr üçün bir sıra elmi, ictimai və digər təşkilatlar fəaliyyət göstərir. Onlar həmin təşkilatların işində yaxından iştirak edə bilərlər. THİK sədrinin sözlərinə görə, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün universitetdə yetərincə imkanlar var. Çıxışının sonunda tələbələri mükəmməl təhsil almaqla yanaşı, həm də universitetin və ölkəmizin ictimai-sosial həyatında fəal olmağa çağıran Q.İsmayılov könüllü proqramlarına qoşulmağı, layihələrdə aktiv iştirak etməyi tövsiyə edib.

 

 

Görüşdə universitetin fakültələr üzrə THİK sədrləri də çıxış edərək,  görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər. Onlar THİK-in fakültələr üzrə heyəti, tarixi, üzvlərin hüquqları və öhdəlikləri, vəzifə üstünlükləri, eləcə də əldə olunan nailiyyətlərlə toplantı iştirakçılarını tanış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib