“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” layihəsinin açılışı olub  
21.09.2022 12:23

Sentyabrın 21-də Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi (Mərhələ 2)” tvininq layihəsinin rəsmi açılış mərasimi keçirilib.

 

Tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, Səhiyyə, İqtisadiyyat və Maliyyə nazirliklərinin məsul əməkdaşları, Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas iştirak ediblər.

 

Tədbirdə bildirilib ki, 2 il ərzində həyata keçiriləcək layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Litvanın Dövlət Tibbi Sığorta Fondu arasında əməkdaşlıq çərçivəsində icra olunacaq.

 

Z.Əliyev çıxışında icbari tibbi sığortanın ölkədə tətbiqini səhiyyə sahəsində aparılan islahatlardan biri adlandırıb və tvininq layihəsinin reallaşmasına görə Avropa İttifaqına təşəkkürünü bildirib:

 

"Avropa İttifaqı ilə Agentlik arasında səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Avropa İttifaqının dəstəyi ilə 2017-2019-cu illərdə icra olunan tvininq layihəsinin birinci mərhələsini başa çatdırdıq. Əminliklə deyə bilərəm ki, islahatların uğurla nəticələnməsini şərtləndirən amillərdən biri də inkişaf etmiş ölkələrin təcrübəsi ilə tanışlıq, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Aİ Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara dəstək verən beynəlxalq təşkilatlardan birdir. Layihə çərçivəsində Aİ-yə üzv olan ölkələrin bu sahədə ən yaxşı təcrübələri öyrənilərək ölkəmizdə tətbiq olunacaq".

 

Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bajkov insanların sağlamlığının qorunmasının Avropa İttifaqı üçün prioritet məsələlərdən olduğunu bildirib. Onun sözlərinə görə, insanların sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq üçün qlobal çağırışlardan biri olaraq səhiyyə sisteminin maliyyə dayanıqlılığı təmin olunmalıdır: "Bu gün səhiyyə sistemləri demoqrafik dəyişikliklərə, tibbi xidmətlərə artan tələbata uyğunlaşdırılmalı və səhiyyə sahəsində innovativ texnologiyalar ən yaxşı formada tətbiq edilməlidir. Səhiyyə islahatlar hər kəsin yüksək keyfiyyətli tibbi xidmətlərə alçatanlığını təmin etməlidir. Bu layihə Azərbaycanla möhkəm tərəfdaşlıq münasibətləri əsasında icra olunur və ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına xidmət edir. Beləliklə, biz Avropa təcrübəsini Azərbaycan səhiyyəsinə gətirməklə, ölkədə bu sektorun təkmilləşdirilməsini təmin edəcəyik".

 

Litvanın Dövlət İcbari Tibbi Sığorta Fondunun baş icraçı direktoru, layihə rəhbəri Gintaras Kasavicus layihənin əhalinin sağlamlığının qorunmasına və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına xidmət etdiyini qeyd edib.

 

Onun sözlərinə görə, layihə icbari tibbi sığorta sisteminin hüquqi və institusional bazalarının gücləndirilməsinə, risklərin idarə edilməsinə, maliyyə və tibbi auditin, monitorinq və qiymətləndirmə sisteminin müasirləşdirilməsinə, yeni aktual modellərin və proqnozlaşdırma üsullarının işlənilib hazırlanmasına, icbari tibbi sığorta sisteminin rəqəmsallaşdırılmasının asanlaşdırılmasına istiqamətlənib.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, 2022-ci ilin 20 avqustunda icrasına başlanılan layihə 2024-cü ilin avqustunadək davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub