ATU-dan olan nümayəndə heyəti Bolonyada keçirilən nüfuzlu tədbirdə iştirak edib
20.09.2022 15:14

Bolonyada “Magna Charta Universitatum” – Dünya Universitetlərinin Böyük Xartiyasının qəbulunun yubileyinə həsr edilmiş təntənəli tədbir keçirilib. Bu nüfuzlu beynəlxalq şəbəkənin üzvü olan Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti də tədbirdə iştirak edib.

 

Aztibb.az xəbər verir ki, ATU-nun rektoru professor Gəray Gəraybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti “Təlatümlü dövrlərdə universitetlərin cəmiyyətlə təması” mövzusunda keçirilən konfransda iştirak edib. Dünyanın aparıcı ali məktəblərinin rəhbərləri, akademik təmsilçiləri və ali təhsil üzrə mütəxəssislərin qatıldığı tədbirdə həm ümumi məruzələr səsləndirilib, həmçinin kiçik qrup müzakirələri təşkil olunub.

 

Qeyd edək ki, hər il “Magna Charta Universitatum” şəbəkəsi tərəfindən ali təhsil sahəsində fundamental dəyərlərin tətbiqinə həsr edilmiş beynəlxalq konfrans və yeni üzvlərin qəbulu ilə bağlı imzalanma mərasimi keçirilir. Bu ilki yubiley tədbirində universitetin Elmi katibi Nazim Pənahov, Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev də iştirak ediblər.

 

“Magna Charta Universitatum” - Dünya Universitetlərinin Böyük Xartiyası 1988-ci ilin sentyabrında Bolonya Universitetinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş tədbirdə imzalanıb. Sənəd Avropa Universitetləri Assosiasiyası və Bolonya Universiteti tərəfindən hazırlanıb. Xartiya hazırda 88 ölkədən 950 universiteti özündə birləşdirir. Xartiyanın əsas məqsədi üzv universitetlər arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib