Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyanın açılışı olub
20.09.2022 16:29

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müasir avadanlıqlarla təchiz edilmiş yeni laboratoriyanın açılışı olub.


Fasiləsiz, 24 saat xidmət göstərəcək laboratoriya ən müasir zəruri avadanlıqlarla təchiz edilib. Burada laborator yoxlamalar peşəkar həkim-laborantlar tərəfindən həyata keçiriləcək. Bu isə, xəstəliklərin vaxtında aşkar olunmasına imkan verəcək.


Təcili tibbi yardım, stasionar və reanimasiya şöbələrində müalicə alacaq xəstələrə vaxtında və əsaslandırılmış tibbi xidmətin göstərilə bilməsi üçün instrumental müayinələrlə yanaşı, beynəlxalq standartlara cavab verən laborator müayinələr də həyata keçiriləcək.


Mərkəzi laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya bölmələri fəaliyyətə başlayıb. Pre-analitik, analitik, post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil olunmuş laboratoriyanın fəaliyəti beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub.


Bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriya “Mindray”, “Nüve” , “Beckman AU 480”, “Beckman coulter access 2 immunassay” kimi tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, hemotoloji, immunoloji və s. sistemləri ilə təchiz olunub.


Laboratoriyada keyfiyyətə nəzarət üçün həm daxili, həm də xarici nəzarət proqramları tətbiq olunub. Avtomatlaşdırılmış sıstemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb. Kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.

 
Müasir laboratoriyanın istifadəyə verilməsi dövlətimizin Azərbaycan vətəndaşlarının sağlamlığının təmin olunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub