Elmi-Tədqiqat Pediatriya İnstitutunda yeni laborator bölmələr yaradılıb
20.09.2022 14:57
TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun nəzdində Mərkəzi Laboratoriya təşkil olunub.
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, Mərkəzi Laboratoriyanın müasir keyfiyyət standartlarına uyğun Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri yaradılıb.
Mərkəzin fəaliyyətinin bütün mərhələlərində insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Avtomatlaşdırılan sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorlar “E-Təbib” proqram təminatına inteqrasiya etdirilib, bununla da kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası reallaşdırılıb. Beləliklə, İnstitutun klinik şöbələrində stasionar müalicə alan xəstələrin bütün həyati vacib biokimyəvi testləri qısa müddətdə işlənilərək müalicə həkimlərinə təqdim oluna bilir.
Qeyd edək ki, ağır patologiya ilə Reanimasiya şöbəsində uzun müddət müalicə alan yenidoğulanlarda və vaxtından əvvəl doğulan çox aşağı çəkili körpələrdə inkişaf edən infeksion proseslərin diaqnostikasında mikrobioloji laboratoriyalar müstəsna əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınaraq Mikrobioloji Laboratoriya avtomatlaşdırılan sistemlərlə təchiz edilib. Sepsisli xəstələrdən alınan qan nümunələrinin avtomatlaşdırılmış hemokultura sistemində kultivasiyası və pozitiv siqnal verən nümunələrdən izolə edilən törədici mikroorqanizmlərin antibiotiklərə qarşı həssaslığının Minimal İnhibisiya Konsentrasiyası (MİK) səviyyəsində təyin olunması təmin edilib. Müasir sistemlərdə çalışmaq üçün laboratoriya personalına xüsusi təlimlər verilib. Antibiotiklərə həssaslığın MİK səviyyəsində təyini müalicə prosesinin müddətinin qısalmasına və rasionallaşmasına, eləcə də gərəksiz antibiotik istifadəsindən qaçmağa imkan verəcəkdir.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

