Ömürlük şikəst qalacağı deyilən 6 yaşlı uşaq Kliniki Tibbi Mərkəzdə öz sağlamlığına qovuşub
20.09.2022 16:58

Keçirdiyi xəstəliyin vaxtında diaqnozu qoyulmadığı təqdirdə ömürlük şikəst qalacağı deyilən 6 yaşlı uşaq Kliniki Tibbi Mərkəzdə öz sağlamlığına qovuşub.

Aztibb.az xəbər verir ki, ötən ayın sonlarında koma vəziyyətində Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq xəstəxanasına gətirilən Davud Baxşıyev beyin kötüyündə olan dəyişikliklər səbəbindən ciddi təhlükə ilə üz-üzə olub.

Həkim Əzim Nağdəliyevin sözlərinə görə, azyaşlı çox ağır vəziyyətdə Reanimasiya şöbəsinə daxil olub.

“Avqustun 31-i tarixində xəstəxanamıza gətirilən azyaşlı birbaşa Reanimasiya şöbəsina alındı və vəziyyəti ağır olduğu üçün dərhal SPAP aparatına qoşuldu. Təxminən 36 saat bu aparatda saxlanıldıqdan sonra uşağın spontan tənəffüsü bərpa olundu. Beyin əlamətlərinin artması fonunda qidalanma zondla aparılırdı, əl və ayaq hərəkəti demək olar ki, dayanmışdı. Aparılan intensiv terapiya və reanimasiyon tədbirlər nəticəsində azyaşlını həyata qaytara bildik. Hazırda xəstənin heç bir həyati təhlükəsi yoxdur”.

Məlumat üçün bildirək ki, azyaşlının beynində olan dəyişikliklərlə əlaqədar ilkin funksional müayinələr öz effektini verməyib. Burada isə həkimlərin ardıcıl müayinələri nəticəsində azyaşlı xəstəyə naməlum “etiol meninqit” diaqnozu qoyulub və respirator müayinələr aparılıb.

Uşağın anası Səbinə Əsgərovanın sözlərinə görə, həkimlərin vaxtında tibbi müdaxiləsi nəticəsində övladı sağlamlığına qovuşub.

“Oğlum Davud avqustun 28-i yuxudan oyandıqdan sonra iştahsız olduğunu gördüm. Sonra yediyi bütün yeməkləri qaytardı. Avqustun 29-da Uşağı Astara Rayon Mərkəzi Xəstəxanasına apardıq. İlkin tibbi yardım göstərildikdən sonra evə qayıtdıq. 30 avqust tarixində uşağın vəziyyəti daha da pisləşməyə başladı. Xəstəxanada həkimin təyin etdiyi dərmanı vermək istəyəndə gördüm ki, uşaq heç nə uda, yeyə bilmir. Əli ayağı da tutulub, yeriyə bilmirdi. Vəziyyətin belə olduğunu görüb uşağı Bakıya, bu xəstəxanaya gətirdik. Xəstəxanaya daxil olan gün aparata qoşdular. Ondan sonra həkimlər hər gün müalicə edirdi. Həkimlərin sayəsində mənim övladım artıq sağamlığına qovuşub. Onların hər birinə təşəkkür edirəm”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub