Fiziologiya İnstitutunun baş direktoru beynəlxalq konqresdə çıxış edib  
20.09.2022 10:11

Sankt-Peterburqda Ümumdünya Ürək-Damar və Torakal Cərrahiyyə Cəmiyyətinin (WSCTS) 30-cu Konqresi və “Müasir ürək-torakal cərrahiyyədə aktual yanaşmalar” adlı 11-ci Beynəlxalq Konqres keçirilib. Tədbirdə məruzəçi qismində akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova iştirak edib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, U.Həşimovanın “Melatonin və sirtuinlər qocalmanın və yaşla bağlı ürək-damar patologiyasının potensial biomarkerləri qismində” mövzusunda məruzəsi konqresin molekulyar tibb və onun ürək-torakal patologiyada yeri və roluna həsr olunmuş xüsusi sessiyasında dinlənilib. Məruzədə qocalma və yaşla bağlı xəstəliklərin etibarlı molekulyar biomarkerlər toplusunu hazırlamaq məqsədilə beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Ftiziopulmonologiya İnstitutunun Sankt-Peterburq Molekulyar Tibb Mərkəzi ilə birgə aparılan, Azərbaycanda populyasiya uzunömürlülük fenomeninin tədqiqinə dair Fiziologiya İnstitutunun beynəlxalq akademik layihəsinin nəticələri təqdim edilib.

 

Məruzə konqres iştirakçılarının böyük marağına səbəb olub. Azərbaycan alimlərinin qocalmanın biologiyasının tədqiqinə dair tədqiqatları yüksək qiymətləndirilib və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub