Tibbi Xidmət İdarəsinin əməkdaşları “Kiber Gigiyena” onlayn təlimində iştirak ediblər
19.09.2022 16:39
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi rəisinin müavini, dos. Dr.İsmayıl Əfəndiyev və Tibbi Xidmət İdarəsi İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva “Kiber Gigiyena” layihəsinin I mərhələsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkil etdiyi təlimdə iştirak ediblər.
 
Aztibb.az xəbər verir ki, onlar təhlükəsiz mühit yaratmaq və kiber hücumlardan qorunmaq üçün bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan bu təlimi müvəffəqiyyətlə başa vuraraq, sertifikatlar alıblar. Tural Məmmədovun rəhbərliyi ilə həyata keçirilən təlimdə təhlükəsizlik sahəsində fəaliyyət, beynəlxalq qruplaşmalar, informasiya təhlükəsizliyinin təmin edilməsi, fişinq hücumlardan qorunma və digər aktual mövzularda çıxışlar dinlənilib.
 
Qeyd edək ki, “Kiber Gigiyena” onlayn təliminin keçirilməsində məqsəd hər bir istifadəçi üçün riskləri düzgün qiymətləndirərək, onlardan qorunmaq üsullarını bilməklə şəbəkədən istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaqdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub