Sahə Epidemiologiyası üzrə Təlim Proqramı həyata keçirilir
19.09.2022 12:44

2021-ci ilin noyabr ayından başlayaraq ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Şərqi Avropa və Mərkəzi Asiya regional ofisinin təşəbbüsü və texniki dəstəyi ilə Sahə Epidemiologiyası üzrə Təlim Proqramı (FETP) həyata keçirilməkdədir.

 

Aztibb.az xəbər verir ki, bu proqramda bir sıra ölkələrin nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edirlər. Proqram çərçivəsində Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlovanın rəhbərliyi altında Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşı Zlata Rəsulzadənin mentorluğu ilə şöbənin əməkdaşı Vüsalə Səfərova və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Əlcəfər Cəfərov bir sıra tədqiqat işlərini uğurla həyata keçiriblər.

 

Bu tədqiqat işlərindən “COVID-19 xəstəliyinə yoluxanlar arasında COVID-19 vaksinasiyasının hospitalizasiya və ölümün qarşısının alınmasına təsiri, Azərbaycan 2021” mövzusunda aparılmış tədqiqatın nəticələrini əks etdirən Abstrakt 2022-ci ilin 4-9 sentyabr tarixlərində Panamada keçirilən 11-ci TEPHINET Beynəlxalq Elmi Konfransına qəbul olunub və dünyanın bir çox ölkələrindən qatılmış iştirakçılara Vüsalə Səfərovanın təqdimatında nümayiş edilib. Eyni zamanda, abstrakt ABŞ-da TEPHINET “BOOK OF ABSTRACTS” adlı nəşrdə də dərc olunub.

 

Qeyd olunan proqram çərçivəsində həyata keçirilən “Viruslu hepatit B xəstəliyinin yayılması və epidemioloji nəzarət sisteminin qiymətləndirilməsi, Azərbaycan 2018-2021” adlı tədqiqatın nəticələri Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən olan 100-ə yaxın nümayəndənin qatıldığı vebinarda nümayiş olunub.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub