Səhiyyə Nazirliyində ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib
19.09.2022 12:41

Səhiyyə Nazirliyində sentyabrın 19-dan 23-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.

 

ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klugenin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə və Səhiyyə Nazirliyində keçirilən görüşü xatırladan Teymur Musayev nüfuzlu səhiyyə təşkilatının rəhbərinin ölkəmizə səfərinin əlaqələrimizə töhfə verəcəyinə əminliyini ifadə edib.

 

Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işləri, bu kontekstdə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib. Vurğulanıb ki, Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin Baş direktoru Tedros Qebreyesus tərəfindən də yüksək qiymətləndirilib.

 

Teymur Musayev həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə nümayəndəliyin ölkə səhiyyəsinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində fəallığını qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub