Ürək xəstəsinə böyrək köçürülməsi əməliyyatı uğurla icra olunub
19.09.2022 11:18

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb cərrahiyyə əməliyyatı həyata keçirilib.

 

Aztibb.az xəbər verir ki, I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov və klinikanın Transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov xəstə üzərində böyrək köçürülməsi əməliyyatını icra ediblər.

 

A.Namazovun bildirdiyinə görə, əvvəllər üzərində açıq ürək əməliyyatı keçirilmiş və dializ xəstəsi olan pasiyent risk qrupuna daxil olan xəstələrdən hesab olunurdu: “Amma kardioloqlar və kardio-cərrahların konsultasiyasından sonra xəstənin əməliyyata götürülməsinə qərar verildi. Əməliyyat tərəfimizdən uğurla icra olunaraq ona böyrək köçürüldü. Əməliyyatdan öncə 10-un üzərində olan kreatin göstəricisi hazırda 1,6-dək enib. Xəstə nəzarətimiz altındadır, özünü yaxşı hiss edir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub