Sinqapurda çalışan azərbaycanlı alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəaliyyəti ilə tanış olub
17.09.2022 11:01

Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun tədqiqatçı alimi doktor Nailə Əliyeva Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriyaları və burada aparılan elmi-tədqiqat işləri ilə tanış olub.

 

Bu barədə Aztibb.az-a institutdan bildirilib. Qonağa müəssisənin tarixi, əsas fəaliyyət istiqamətləri və burada aparılan elmi-tədqiqat işləri, əldə edilən mühüm nəticələr barədə məlumat verilib. İnstitutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, müəssisənin maddi-texniki bazasının təşkilində, tədqiqat istiqamətlərinin müəyyənləşməsində və kadr potensialının zənginləşməsində akademik Cəlal Əliyevin mühüm xidmətləri olub. Müəssisə əməkdaşlarının əsas hissəsinin gənclərdən ibarət olduğunu bildirən alim hazırda MBBİ-də magistrant və doktorantların hazırlanması, Fransa, Böyük Britaniya, Belçika, İtaliya, Almaniya, Cənubi Koreya, Türkiyə və digər aparıcı ölkələrin elm mərkəzlərində təcrübəyə cəlb edilməsi istiqamətində sistemli addımlar atıldığını söyləyib. O vurğulayıb ki, tanınmış xarici elm mərkəzlərində çalışan azərbaycanlı alimlərlə, o cümlədən Nailə Əliyeva ilə əməkdaşlıq Azərbaycan elminin dünya elminə inteqrasiyası yolunda əhəmiyyətli nailiyyətlər qazanmağa imkan yaradır.

 
İnstitutda yerinə yetirilən tədqiqat işlərindən məmnun qalan Nailə Əliyeva dəvətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan diasporunun bütün nümayəndələri kimi, o da vətənində baş verən mühüm hadisələrlə, elmin inkişafı, təhsilin səviyyəsi ilə dərindən maraqlanır, təhsilə və elmə gənclərin, xüsusən də qızların cəlb edilməsi məsələsini dəstəkləyir.

 

Qeyd edək ki, Nailə Əliyeva 1992-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, 1999-cu ildə N.N.Bloxin adına Xərçəng Elmi-Tədqiqat Mərkəzində biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Elmi tədqiqatlarını Moskva Dövlət Universitetində, ABŞ-ın Florida və Texas universitetlərində davam etdirib. Hazırda alim Sinqapur Elm, Texnologiya və Tədqiqat Agentliyinin Molekulyar və Hüceyrə Biologiyası İnstitutunda regenerasiya və funksional bərpa proseslərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub