Çində meymunçiçəyinə ilk yoluxma qeydə alınıb  
17.09.2022 00:19

Çinin Çonçin bələdiyyəsində meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb.

 

Aztibb.az Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin Çonçin bürosuna istinadla xəbər verir ki, yoluxma xaricdən gələn şəxsdə aşkarlanıb. Belə ki, Çində COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan qaydalara əsasən xaricdən gələnlər 7-10 gün müddətinə karantinə cəlb edilir. Karantin müddətində həmin şəxsdə xəstəlik əlamətləri, o cümlədən qızartı müşahidə olunub. Onun meymunçiçəyi testinin nəticəsi pozitiv çıxıb. Hazırda müalicə alan pasiyentin vəziyyəti sabitdir, növbəti COVID-19 testi isə neqativ olub.


Səlahiyyətli qurumlar meymunçiçəyinə yoluxan şəxslə yaxın təmasda olanları müəyyənləşdirərək, təcrid ediblər.

 

Qeyd edək ki, ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında aşkarlanmış meymunçiçəyi xəstəliyi cari ilin may ayında Böyük Britaniyada qeydə alınıb və o vaxtdan dünyanın bir sıra ölkələrində yoluxmalar aşkarlanıb. Meymunçiçəyi virusunun əlamətləri başağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü büruzə verə bilər. İyulun 23-də Dünya Səhiyyə Təşkilatı virusun yayılmasını ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib