Akademik Cəmil Əliyev mötəbər elmi jurnalın redaksiya heyətinin üzvü seçilib
16.09.2022 12:10

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində nəşr olunan "Вопросы онкологии" (“Onkologiya məsələləri”) elmi jurnalının redaksiya heyətinin üzvü seçilib.

 

Aztibb.az xəbər verir ki, akademik Cəmil Əliyev 2022-ci il sentyabrın 15-də jurnalın yenilənmiş redaksiya heyətinin ilk iclasında iştirak edib.

 

"Вопросы онкологии" jurnalında kanserogenezin ümumi prinsipləri, müxtəlif yaş qruplarında bu və ya digər növ kanserogenlərin fəaliyyətinə həssaslığın rolu haqqında məqalələr yer alır. Xərçəngin genetik ötürülməsi mexanizmlərinin öyrənilməsi, bədxassəli şişlərin diaqnostikası üçün müasir immunohistokimyəvi və digər üsulların tədqiqi ilə bağlı məqalələr nəşr olunur. Geniş oxuyucu kütləsinə malik jurnalın  ildə 6 nömrəsi dərc olunur.

 

"Вопросы онкологии"  jurnalı  onkoloqlar, cərrahlar, şüa terapevtlər, şüa diaqnostikası həkimləri, həmçinin daxili xəstəliklərin bütün əlaqəli sahələri üzrə mütəxəssislər, o cümlədən ailə həkimləri, pediatrlar, ginekoloqlar və başqa sahələrin mütəxəssisləri üçün nəzərdə tutulub.

 

Jurnalın veb səhifəsinə keçid:  https://voprosyonkologii.ru/index.php/journal

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub