Səhiyyə Nazirliyi ilə UNICEF arasında prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub
16.09.2022 10:03

Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüş keçirilib.

 

Aztibb.az Səhiyyə Nazirliyinə istinadla bildirir ki, qonaqları salamlayan nazir Teymur Musayev Azərbaycan ilə UNICEF arasında əlaqələrin çoxşaxəli və səmərəli olduğunu vurğulayıb: “Hökumət və vətəndaş cəmiyyəti ilə birgə əməkdaşlıq edən BMT-nin Uşaq Fondu səhiyyə, təhsil, gənclərin humanitar fəaliyyət sahəsində iştirakı, ana və uşaqların sağlamlığının qorunması kimi sahələrin inkişafına mühüm töhfələr verib. Ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində vacib işlər görülüb, ölkə və regional səviyyələrdə uğurlu layihələr həyata keçirilib”.

 

Sonda Teymur Musayev əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

 

Öz növbəsində Aleks Haykens xatırladıb ki, UNICEF Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb. UNICEF-in Azərbaycanda həyata keçirdiyi ilk layihələr zamanı əsas diqqət vaksinasiya, səhiyyə, reabilitasiya, təhsil və uşaqların müdafiəsi ilə bağlı aktual problemlərə yönəlməsi diqqətə çatdırılıb. Azərbaycan ilə UNICEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən Aleks Haykens 2021-2025-ci illər üzrə ölkə Əməkdaşlıq Proqramının birgə fəaliyyətimizin yeni dövrü üçün mühüm rol oynadığını qeyd edib.

 

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə prioritet əməkdaşlıq istiqamətləri və 2023-2024-cü illər üçün İş Planının hazırlanması nəzərdən keçirilib. Belə ki, ana və uşaq sağlamlığı, səhiyyədə informasiya sistemlərinin gücləndirilməsi, COVID-19 qlobal pandemiya ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi, uşaqlarda inkişaf problemləri və erkən müdaxilə xidmətlərinin tətbiqi, eləcə də sektorlararası fəaliyyətin əlaqələndirilməsi barəsində müzakirələr aparılıb. Bundan əlavə, tərəflər UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Səhiyyə Nazirliyi və ölkənin digər səhiyyə orqanları ilə birgə həyata keçiriləcək ilkin səhiyyə xidmətinin gücləndirilməsinə dəstək üzrə qarşıdan gələn 5 illik proqramın (gələn ildən başlayaraq) İş Planını müzakirə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub