Azərbaycanda ilk dəfə arıların viruslu xəstəliklərinin molekulyar səviyyədə təyinatı aparılıb
15.09.2022 11:05

Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi Türkiyənin Samsun Baytarlıq Nəzarəti İnstitutunda ezamiyyətdə olub.

 

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, ezamiyyət müddətində Azərbaycanın Qəbələ rayonunda yerləşən arıçılıq təsərrüfatından götürülmüş bal arısı nümunələrinin PZR (Polimeraz Zəncir Reaksiyası) analizi aparılıb.

 

Analiz nəticəsində Azərbaycanda ilk dəfə olaraq “Varroa destructor virus-1”, “İsrail arı iflici”, “sacbrood” (Torba bala çürüklüyü virusu), “qara ana arı”, “deformasiya” virusları molekulyar səviyyədə təyin olunub, eyni zamanda, funqal xəstəlik olan “nosema ceranae” aşkarlanıb. Qeyd etmək lazımdır ki, “İsrail arı iflici” virusu və “Varroa destructor virus-1” təhlükəlidir və arıların kütləvi məhvinə səbəb olur. Aparılan təcrübə nəticəsində sadalanan xəstəliklərə qarşı gənc alim tərəfindən tətbiq edilən təbii qida əlavələri müsbət təsir göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub