Qanaxma baş verdiyi zaman həkiməqədər ilk yardım mütləqdir - TƏBİB  
15.09.2022 11:37
Qanaxmalar 3 növ – kapilyar, venoz, arterial olur.
 
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, kapilyar qanaxmalar kiçik yaralanmalar zamanı belə baş verə bilir. Kapilyarlarda qan yavaş dövr etdiyi üçün qanaxmanı saxlamaq asandır.
 
İlk yardım:
 
- yaranı dezinfeksiya etmək,
- yaraya təmiz tənzif ilə sarğı etmək.
 
Venoz qanaxmalar zamanı qan daha tez dövr etdiyi üçün zərərçəkənin çox qan itirməsi xoşagəlməz hallarla nəticələnə bilər.
 
İlk yardım:
 
- bədənin zədələnmiş hissəsini yuxarı qaldırmaq,
- yaranın alt hissəsinə sıxıcı sarğı etmək,
- təcili tibbi yardıma zəng etmək və ya zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq.
 
Arterial qanaxmalar zamanı qanın rəngi al qırmızı olur. Bu halda qanın dayandırılması üçün dərhal tədbir görülməlidir.
 
İlk yardım:
 
- qanı yavaşlatmaq üçün arteriyanı üst hissədən sıxmaq,
- yaranın üst hissəsini jqut ilə bağlamaq,
- təcili tibbi yardıma zəng etmək və ya zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə çatdırmaq.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub