ATU-da I kurs tələbələri ilə fakültə rəhbərlərinin görüşləri keçirilib - FOTO
15.09.2022 10:10
Sentyabrın 14-də Azərbaycan Tibb Universitetinə (ATU) yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə fakültə rəhbərlərinin görüşləri keçirilib. Məqsəd tələbələrlə ilk ünsiyyət, onları tədris proqramı və auditoriyalarla tanış etmək olub.
Aztibb.az xəbər verir ki, görüşlər zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tədbirlərdə iştirak edərək, tələbə adı qazananları və onların valideynlərini təbrik edib, ürək sözlərini səsləndirib. Prorektor tələbələrə tədrislə bağlı geniş məlumat verərək, onlara nizam-intizamlı olmağı tövsiyə edib: “ATU-nun tələbəsi olmaq özü böyük şərəfdir. Bu adı qazanmaq üçün uzun illər zəhmət çəkmisiniz. Sizin müəllim və valideynlərinizə bir daha minnətdarlığımı bildirirəm ki, tələbə adını qazanmağınız üçün çəkdikləri zəhmət öz bəhrəsini verib.
Universitetimiz ölkəmizdə yeganə ali məktəbdir ki, beynəlxalq sertifikat alıb. Siz artıq beynəlxalq akreditasiyadan keçmiş bir universitetin tələbəsisiniz. Bu olduqca əhəmiyyətli bir məsələdir. Belə ki, universitetimizi bitirən tələbə istənilən ölkədə imtahan verib çalışmaq hüququ əldə edəcək. Sevindirici haldır ki, universitetimiz beynəlxalq sertifikat aldığı üçün ötən illərə nisbətən əcnəbi tələbələrin sayı da çoxalıb”.
I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli, Stomatologiya fakültəsinin dekan müavini Aysel Həşimova universitet və rəhbəri olduqları fakültələrin tarixi ilə bağlı görüş iştirakçılarına ətraflı məlumat veriblər. Sonra natiqlər ATU-nun ölkəmizdə beynəlxalq akreditasiyadan keçmiş yeganə ali məktəb olması, bunun üstünlükləri, universitetin beynəlxalq proqramlarda iştirakı, tələbə mübadiləsi, tədrisdə boloniya sisteminin tətbiqi, Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti və s. barədə söhbət açıblar.
Bildirək ki, 2022-2023-cü tədris ilində I Müalicə-profilaktika fakültəsinə 550 nəfər daxil olub.
II Müalicə-profilaktika fakültəsinə 390 nəfər qəbul olub. Onlardan ən yüksək bal toplayan 13 nəfər ingilis dili bölməsində təhsil alacaq. Ən yüksək - 694.1 bal toplayan Sənan İbrahimli öz istəyi ilə Azərbaycan bölməsində təhsil alacaq.
İctimai səhiyyə fakültəsinə daxil olan 137 nəfər arasında Qəmər Əhmədova (609.3 bal), Stomatologiya fakültəsinə daxil olan 70 nəfərdən Rəfiqə Hacılı (675 bal), Əczaçılıq fakültəsi üzrə tələbə adını qazanan 70 nəfərdən Allahverdi Osman (589.4 bal) ən yüksək bal toplayanlardır.
Hərbi tibb fakültəsinə isə bu il 108 həkim, 55 nəfər feldşer ixtisası üzrə qəbul olub. Onlardan yüksək bal toplayan 4 nəfər həkim, 5 nəfər isə feldşer ixtisası üzrə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında təhsil almaq hüququ əldə ediblər.
Qeyd edək ki, sentyabrın 5-dən 12-dək ATU-ya yeni qəbul olunanların sənədlərinin qeydiyyatı prosesi aparılıb. Proses universitet rəhbərliyinin diqqət mərkəzində olub. Belə ki, ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov və digər rəhbər şəxslər qeydiyyatın gedişini canlı izləyiblər.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

