ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şuranın iclası keçirilib
14.09.2022 13:00

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın 2022/2023-cü tədris ilinin başlanmasına həsr olunmuş genişləndirilmiş iclası keçirilib.

 

İclası giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev əvvəlcə yay aylarında yubileyləri olmuş Anesteziologiya və reanimatologiya kafedrasının müdiri, professor İsfəndiyar İsmayılovu və Klinik farmakologiya kafedrasının müdiri, professdor Adil Baxşəliyevi bu münasibətlə təbrik edib, onlara xoş arzularını bildirib.

Daha sonra o, kollektivə yeni tədris ilində uğurlar arzulayıb.

 

Klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva iyul-avqust aylarında xəstələrin ambulator və stasionar qəbulu haqqında ətraflı məlumat verib. Həmçinin professor-müəllim heyəti yay məzuniyyətində olduğu üçün bu aylarda xəstə qəbulunun kəskin şəkildə azaldığını qeyd edib.

 

Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev professor-müəllim heyətini yeni tədris ili münasibətilə təbrik edib. O, kafedraların kadr potensialı və onun gücləndirilməsi yollarından danışaraq tələbələrlə daha ciddi, səmərəli məşğul olmağın zəruriliyini xüsusi vurğulayıb. Bir sıra kafedralarda struktur dəyişikliyi olduğunu və bunun tədris prosesinin optimallaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Əməkdaşlar arasında əmək intizamının möhkəmləndirilməsinə toxunan prorektor, bir sıra həkimlərin özəl klinikalarda xəstə qəbul etməsi məsələsindən də danışıb və bu işdə kafedra müdirlərini daha məsuliyyətli olmağa çağırıb.

 

Daha sonra görülmüş işlər haqqında danışan klinikanın direktoru, professor S.Musayev yeni tədris ilində həkimlər arasında əmək intizamının gücləndirilməsi, stasionar fəaliyyət, konsultativ-diaqnostik poliklinikaların, bölmə və kabinetlərin işinin təkmilləşdirilməsi üçün təklif və tapşırıqlarını verib. Qeyd olunub ki, sentyabrın 15-də tələbələr klinikanın girişində qarşılanmalı və müvafiq auditoriyalara yönəldilməlidir. Bunun üçün kafedra müdirləri, tədris hissə müdirləri, şöbə müdirləri cəlb olunmalıdır.

 

Sonda direktor əməkdaşları bir daha universitet rəhbərliyi və klinika rəhbərliyi adından təbrik edib, yeni tədris ilinin bütün sahələrdə dönüş və müvəfəqiyyət ili olacağına ümidvar olduğunu bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib