Mərkəzi Qan Bankında və bölmələrində kifayət qədər qan ehtiyatı var - TƏBİB
14.09.2022 12:23

Mərkəzi Qan Bankında və bölmələrində kifayət qədər qan ehtiyatı var.

 

TƏBİB-dən verilən məlumatda qeyd edilir ki, sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlara rast gəlinir:

 

"Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq. Əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.

 

Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdıqları zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq.

 

Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an tibb müəssisələri qanla təmin edilə bilər", - açıqlamada deyilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub