Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edilib
13.09.2022 12:12

Tibb üzrə fəlsəfə doktoru Hikmət Nağıyev Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə xidmətləri üzrə direktor müavini - baş həkimi vəzifəsinə təyin edilib.


Bu barədə Aztibb.az-a Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib.

 

Qeyd olunub ki, Hikmət Nağıyev 1986-1989-cu illərdə Kardiologiya Elmi-Tədqiqat İnstitutunda əmək fəliyyətinə başlayıb. O, 1989-cu ildən 1994-cü ilədək Moskva Vişnevski adına Cərrahiyyə İnstitutunda ürək-damar cərrahı, 1994-2001-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunun Damar cərrahiyəsi kafedrasında assistent, 2001-ci ildən bugünədək isə Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı işləyib. Tibb üzrə fəlsəfə doktoru olan Hikmət Nağıyev son 6 ildə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Gülxətmi çayının faydaları və yan təsirləri açıqlanıb