Azərbaycanda icbari tibbi sığorta sisteminin hüquqi və institusional bazaları gücləndirilir
12.09.2022 18:25

"Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvinninq layihəsi çərçivəsində seminar keçirilib.

 

Seminar əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək üçün icbari tibbi sığorta sisteminin hüquqi və institusional bazalarının gücləndirilməsini əhatə edən layihənin birinci komponenti üzrə təşkil olunub.

 

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Agentliyin aidiyyəti departamentlərinin nümayəndələri, Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun Hüquq department rəhbərinin müavini Evelina Qalçiute və Fondun Hüquq şöbəsinin rəhbəri Tomas Ragauskas, Tvininq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas iştirak ediblər.

 

Təqdimatla çıxış edən litvalı ekspertlər öz ölkələrinin səhiyyə sistemi, səhiyyə qurumlarının fəaliyyət istiqamətləri, Xidmətlər Zərfinin formalaşdırılması və tibb təchizatçıları ilə müqavilələrin bağlanması meyarları haqqında ətraflı məlumat veriblər.

 

Qeyd edək ki, tvinninq layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, Litva Respublikasının Səhiyyə Nazirliyi nəzdində Dövlət Tibbi Sığorta Fondu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.

 

Layihənin məqsədi Avropanın qabaqcıl təcrübələrinə uyğun olaraq ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılmasına dəstək olmaqla Azərbaycanda dövlət səhiyyə sektorunun dayanıqlılığının gücləndirilməsinə töhfə verməkdir.

 

Məlumat üçün bildirək ki 2017-2019-cu illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsi icra olunub. İndiki tvinninq layihəsi əvvəlki layihənin II mərhələsi kimi davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub