Fizioterapevt Ülviyyə Mikayılzadə - Həkimlərimizi tanıyaq!
12.09.2022 11:34

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir. 

 
Rubrikada bu dəfə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun (ETTBİ) həkim-fizioterapevti Ülviyyə Mikayılzadə haqqında məlumatları təqdim edirik.

 

Ülviyyə Sadiq qızı Mikayılzadə 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992-1997-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 1997-1998-ci illərdə fizioterapiya ixtisası üzrə ETTBİ-də internatura keçib.

 

O, 1998-ci ildən ETTBİ-də həkim-fizioterapevt kimi fəaliyyət göstərib. 2010-2013-cü illərdə ATU-da "Orqan və toxumaların molekulyar biofizikası" fənni üzrə pedoqoji fəaliyyət göstərib.

 

2021-ci ilin oktyabr-dekabr aylarında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin ETTBİ-də keçirdiyi "Yaralıların tibbi reabilitasiyası" adlı təlimlərdə iştirak edib və müvafiq sertifikatlarla təltif olunub.


Fizioterapevt həkim 44 günlük Vətən müharibəsində bölgəyə ezam olunaraq yaralı qazilərin müalicə və reabilitasiyasında fəal iştirak edib.

 

Ülviyyə Mikayılzadə hazırda ETTBİ-də həkim-fizioterapevt kimi fəaliyyətini davam etdirir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub