Mərkəzi Gömrük Hospitalında türkiyəli həkimlərlə görüş keçirilib
12.09.2022 10:38

Mərkəzi Gömrük Hospitalında Türkiyənin Təcili Yardım və Pediatrik Reanimasiya Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, pediatr-reanimatoloq Təranə Göyüşova, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və digər mütəxəssislər iştirak ediblər.

 

İsmayıl Əfəndiyev əvvəlcə qonaqlara Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən həyata keçirilən tədbirlər, Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anestezioloqiya şöbəsinin əldə etdiyi nailiyyətləri və Hospitalın fəaliyyəti barədə məlumat verib.

 

Daha sonra Türkiyə Təcili Yardım və Pediatrik Reanimasiya Dərnəyinin rəhbəri prof. Dincer Yıldızdaş, Türkiyə Səhiyyə Nazirliyinin Uşaq Sağlamlığı və Uşaq Xəstəlikləri, Pediatrik Təcili Yardım həkimi, prof. Murat Duman və Ankara Universitetinin Uşaq İntensiv Terapiya kafedrasının professoru Tanıl Kendirli Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalı ilə qarşılıqlı əməkdaşlıq məsələləri barədə ətraflı məlumat veriblər.

 

Həmçinin görüşdə müştərək onlayn formatda konfransların keçirilməsi, o cümlədən Türkiyə və Azərbaycan həkimlərinin birgə elmi-təqdiqat işlərinin hazırlanması, Azərbaycanda Türkiyədən olan həmkarların təcrübəsini tətbiq edərək ustad proqramlarının təşkili və digər məsələlər müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub