Daha bir həkim fəaliyyətini Kliniki Tibbi Mərkəzdə davam etdirəcək
12.09.2022 09:41
Kliniki Tibbi Mərkəzi seçən gənc həkimlərin sayı artır.
 
Aztibb.az xəbər verir ki, həkim Ramilə Quliyeva Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkim-anestezioloq-reanimatoloqu vəzifəsinə təyin olunub.
 
O, 28 mart 1982-ci ildə Bakı şəhərində anadan olub.
 
1989-1999-cu illərdə Bakı şəhəri, 201 saylı orta məktəbdə təhsil alıb. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsilini davam etdirib.
 
2005-2006-ci illərdə 5 nömrəli Kliniki Doğum Evində anesteziologiya-reanimatologiya ixtisası üzrə internatura keçib.
 
2007-2009-cu illərdə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində həkim-anestezioloq-reanimatoloq, 2009-2011-ci illərdə “Caspian Compassion Project” göz klinikasında həkim-anestezioloq-reanimatoloq və 2012-2018-ci illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim-anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub