Rəşad Mahmudov "Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı konfransda çıxış edib
12.09.2022 06:48

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov Bakıda keçirilən “Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı konfransda çıxış edib.

 

O, tədbirdə anesteziologiya və reanimasiya sahəsində olan nailiyyətlər və bəzi çatışmazlıqlar barədə ətraflı məlumat verib.

 

Qeyd edək ki, konfrans Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti, Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyilə ilə baş tutub.

Tədbirin ilk günü 8 panel üzrə 43 yerli və Türkiyədən gələn moderatorlar məruzələrlə çıxış ediblər. İkinci gün isə Aşağı Axın Anesteziya Kursu və Ultrasəs ilə Preferik Blok Tətbiqi haqqında praktik dərslərlə tamamlanıb.

 

Sonda tədbir iştirakçılarına sertifikatlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub