"Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı tədbir başa çatıb
11.09.2022 12:09

Bakıda Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti, Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyilə “Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı konfrans keçirilib.

 

Konfransda Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, professor İsfəndiyar İsmayılov, Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin rəhbəri, professor Meral Kanbak, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, professor Rəşad Mahmudov, Səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov, TƏBİB-in İxtisaslı tibbi yardım xidmətinin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli və başqaları çıxış ediblər.

 

İki gün baş tutan konfransın koordinatorları Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin rəhbəri, professor Meral Kanbak və TƏBİB-in tabeliyindəki “Yeni klinika” tibb müəssisəsinin baş həkimi Cavid Paşayev olub. Konfransda iştirak etmək üçün Türkiyədən tanınmış 24 mütəxəssis gəlib.

 

Tədbirin ilk günü 8 panel üzrə 43 yerli və Türkiyədən gələn moderatorlar anezteziologiya və reanimasiya haqqında məruzələrlə çıxış edib.

 

İkinci gün isə Aşağı Axın Anesteziya Kursu və Ultrasəs ilə Preferik Blok Tətbiqi haqqında praktik dərslərlə tamamlanıb.

Sonda tədbir iştirakçılarına sertifikatlar verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib